1. |
Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; |
2. |
Yer öz yükünü çıxardıb atacağı zaman; |
3. |
İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman – |
4. |
Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir – |
5. |
Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! |
6. |
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). |
7. |
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). |
8. |
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). |