95. ət-Tin

1.

And olsun əncirə və zeytuna;

2.

And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;

3.

And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

4.

Biz insanı ən gözəl biçimdə yaratdıq!

5.

Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

6.

Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

7.

(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

8.

Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!