1. |
And olsun səhərə; |
2. |
And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, |
3. |
(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. |
4. |
Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! |
5. |
Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! |
6. |
Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! |
7. |
Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! |
8. |
Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! |
9. |
Elə isə yetimə zülm etmə! |
10. |
Dilənçini də (qapıdan) qovma! |
11. |
Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç! |