1. |
And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; |
2. |
And olsun işıqlanmaqda olan gündüzə; |
3. |
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki, |
4. |
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız). |
5. |
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, |
6. |
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, |
7. |
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! |
8. |
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, |
9. |
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, |
10. |
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!) |
11. |
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. |
12. |
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir). |
13. |
Axirət də Bizim, dünya da Bizimdir! |
14. |
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. |
15. |
Ora ancaq azğın (kafir) daxil olar. |
16. |
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! |
17. |
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). |
18. |
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər, |
19. |
O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). |
20. |
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. |
21. |
And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır! |