1. |
And olsun dan yerinə; |
2. |
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); |
3. |
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə); |
4. |
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)! |
5. |
Məgər bunlarda (qiyamətin haqq olması barədə) ağıl sahibi üçün and yoxmudur?! |
6. |
(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?! |
7. |
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! |
8. |
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı. |
9. |
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?! |
10. |
Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! |
11. |
O kəslər ki, məmləkətlərdə tüğyan edir, |
12. |
Oralarda çoxlu fitnə-fəsad törədirlər. |
13. |
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi. |
14. |
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür. |
15. |
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o:”Rəbbim mənə ehtiram göstərdi!” –deyər. |
16. |
Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə:”Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər. |
17. |
Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). |
18. |
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. |
19. |
Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz). |
20. |
Mal-dövləti isə lap çox sevirsiniz. |
21. |
Xeyr! Yer dağılıb parça-parça olacağı; |
22. |
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı |
23. |
Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! |
24. |
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. |
25. |
O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz! |
26. |
(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz! |
27. |
(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: )”Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) |
28. |
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! |
29. |
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! |
30. |
(Onlarla birlikdə) Cənnətimə varid ol!” |