1. |
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) |
2. |
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?! |
3. |
(O, zülməti yaran) parlaq ulduzdur! |
4. |
Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın! |
5. |
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! |
6. |
O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. |
7. |
(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! |
8. |
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! – |
9. |
Bütün sirlərin aşkar olacağı o qiyamət günü; |
10. |
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvvəsi, nə də bir köməkçisi olar! |
11. |
And olsun yağış sahibi olan göyə; |
12. |
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki, |
13. |
Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! |
14. |
O, oyun-oyuncaq (əyləncə) deyildir! |
15. |
Həqiqətən, (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular. |
16. |
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. |
17. |
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! |