1. |
And olsun bürclər sahibi olan göyə; |
2. |
And olsun vəd olunmuş günə (qiyamət gününə); |
3. |
And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, |
4. |
(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər. |
5. |
O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. |
6. |
O zaman onlar (xəndəklərin) kənarında oturub, |
7. |
(Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. |
8. |
Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. |
9. |
O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! |
10. |
Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. |
11. |
İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! |
12. |
Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! |
13. |
Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! |
14. |
(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. |
15. |
Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! |
16. |
O, istədiyini edəndir. |
17. |
(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- |
18. |
Firon və Səmud (ordularının)? |
19. |
Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər. |
20. |
Onların bütün ixtiyarı Allahın əlindədir! |
21. |
Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır! |
22. |
O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) |