1. |
Vay halına çəkidə və ölçüdə aldadanların! |
2. |
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, |
3. |
Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. |
4. |
Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! |
5. |
Özü də dəhşətli bir gündə?! |
6. |
O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
7. |
Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
8. |
Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) |
9. |
O, yazılı bir kitabdır! |
10. |
O gün vay halına yalan sayanların! |
11. |
O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. |
12. |
Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. |
13. |
Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər. |
14. |
Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. |
15. |
Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! |
16. |
Sonra Cəhənnəmə varid qalacaqlar. |
17. |
Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir. |
18. |
Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! |
19. |
Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! |
20. |
O, yazılı bir kitabdır. |
21. |
Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər! |
22. |
Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. |
23. |
Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər. |
24. |
Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! |
25. |
Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. |
26. |
Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! |
27. |
Ona təsnim (suyu) qatılmışdır. |
28. |
O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər). |
29. |
Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. |
30. |
(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. |
31. |
Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. |
32. |
Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. |
33. |
Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir. |
34. |
Bu gün isə möminlər kafirlərə güləcəklər. |
35. |
Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). |
36. |
Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) |