1. |
Göy parçalanacağı zaman; |
2. |
Ulduzlar dağılıb səpələnəcəyi zaman; |
3. |
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; |
4. |
Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; |
5. |
Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir! |
6. |
Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? |
7. |
O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. |
8. |
Sənə Özü istədiyi surətdə biçim verdi. |
9. |
Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! |
10. |
Sizin üstünüzdə gözətçi mələklər – |
11. |
(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. |
12. |
Onlar sizin nə etdiklərinizi bilirlər. |
13. |
Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar. |
14. |
Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar. |
15. |
Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar. |
16. |
Onlar əsla oradan çıxan deyillər! |
17. |
(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?! |
18. |
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!) |
19. |
O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır! |