1. |
(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. |
2. |
Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. |
3. |
Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! |
4. |
Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! |
5. |
(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, |
6. |
Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). |
7. |
Onun (küfrdən) təmizlənməsindən sənə nə?! |
8. |
Yüyürə-yüyürə sənin yanına gələn |
9. |
Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, |
10. |
Sən ondan üz çevirirsən! |
11. |
Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. |
12. |
Kim istəsə, ondan öyüd alar. |
13. |
(Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə – |
14. |
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz). |
15. |
(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir). |
16. |
(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər. |
17. |
Ölsün (kafir) insan! O nə nankordur! |
18. |
(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı? |
19. |
(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi. |
20. |
Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı. |
21. |
Sonra onu öldürüb qəbirə qoydu. |
22. |
Sonra da istədiyi vaxt onu dirildəcəkdir. |
23. |
Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir. |
24. |
İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). |
25. |
Həqiqətən, Biz yağışı bol yağdırdıq. |
26. |
Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq), |
27. |
Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; |
28. |
Üzüm və yonca; |
29. |
Zeytun və xurma (bağları); |
30. |
(Ağacları bir-birinə) sarmaşan bağçalar; |
31. |
(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. |
32. |
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür! |
33. |
Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda); |
34. |
O gün insan qaçacaq öz qardaşından; |
35. |
Anasından, atasından; |
36. |
Zövcəsindən və oğullarından! |
37. |
O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). |
38. |
O gün bir çox üzlər parlayacaq, |
39. |
Güləcək, sevinəcəkdir. |
40. |
O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, |
41. |
Onları zülmət (yaxud his) bürüyəcəkdir. |
42. |
Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır! |