1. |
And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); |
2. |
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə); |
3. |
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara; |
4. |
And olsun (haqla batili) ayıranlara; |
5. |
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara- |
6. |
(Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki, |
7. |
Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır! |
8. |
Ulduzlar sönəcəyi; |
9. |
Göy yarılacağı; |
10. |
Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı); |
11. |
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, |
12. |
(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlətverilmişdir?” |
13. |
(Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili)ayırd ediləcəyi günə qədər!” |
14. |
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?! |
15. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
16. |
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?! |
17. |
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq. |
18. |
Biz günahkarlarla belə rəftar edirik. |
19. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
20. |
Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! |
21. |
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, |
22. |
Müəyyən bir vaxta qədər. |
23. |
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! |
24. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
25. |
Məgər Biz yeri məskən etmədikmi |
26. |
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). |
27. |
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. |
28. |
O gün vay halına (bu nemətləri) yalan sayanların! |
29. |
(O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə! |
30. |
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!” |
31. |
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. |
32. |
O (hər biri) bir saray boyda qığılcımlar saçar. |
33. |
O (qığılcımlar), sanki sarı dəvə sürükləridir. |
34. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
35. |
Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. |
36. |
Onlara üzr istəməyə izin də verilməz. |
37. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
38. |
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! |
39. |
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! |
40. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
41. |
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, |
42. |
İstədikləri meyvə içində olacaqlar! |
43. |
(Onlara belə deyiləcəkdir: )”(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! |
44. |
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” |
45. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
46. |
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!) |
47. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
48. |
Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar! |
49. |
O gün vay halına (qiyaməti) yalan sayanların! |
50. |
(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! |