23. əl-Mu’minun

1.

Həqiqətən, mö’minlər nicat tapmışlar!(Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətəqovuşmuşlar!)

2.

O kəslər ki, namazlarında (hər şeyi unudaraqruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər!(Allahın qarşısında kiçilərlər!)

3.

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən,qadağan olunmuş əməllərdən) üz döndərərlər;

4.

O kəslər ki, zəkat verərlər;

5.

O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyubsaxlayarlar;

6.

Ancaq zövcələri və cariyələri istisnaolmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdənötrü) qınanmazlar.

7.

Bundan artığını istəyənlər (halaldan haramaaddayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

8.

O mö’minlər ki, əmanətlərini və əhdləriniqoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz,verdikləri sözü yerinə yetirərlər);

9.

Namazlarına riayət edərlər (həmişəvaxtlı-vaxtında namaz qılarlar);

10.

Onlardır (bilin) varis olanlar –

11.

Firdovs cənnətinə varis olanlar, orada əbədiqalanlar!

12.

Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş)palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isəsüzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).

13.

Sonra onu (Adəm övladını) nütfə halındamöhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.

14.

Sonra nütfəni laxtalanmış qana çevirdik,sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça ətisümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonraonu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanlarınən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!

15.

(Belə bir yaradılışdan) sonra siz mütləqöləcəksiniz!

16.

Sonra siz qiyamət günü yenidəndirildiləcəksiniz!

17.

And olsun ki, Biz sizin üstünüzdə yeddi yol(göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsizdeyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).

18.

Biz göydən lazımi qədər yağmur endirdik vəonu yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz,sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!

19.

Sonra sizin üçün onunla (o su ilə) xurma vəüzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardırki, onlardan yeyirsiniz.

20.

(Sizin üçün həmçinin mənşə e’tibarilə) Sinadağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçünzeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər.

21.

Həqiqətən, heyvanlarda (ev heyvanlarında) dasizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan(süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çoxmənfəətlər də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan,bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardanyeyirsiniz!

22.

Həm onların, həm də gəmilərin üstündə (biryerdən başqa yerə) daşınırsınız.

23.

Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbərgöndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. SizinOndan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər(Allahın əzabından) qorxmursunuz?”

24.

(Nuh) qövmünün kafir başçıları (tabeçiliyindəolanlara) dedilər: “Bu sizin kimi yalnız adi bir insandır.(Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. ƏgərAllah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizəpeyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu(Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmişümmətlərdən) eşitməmişik.

25.

Bu adamda, sadəcə olaraq, bir dəlilik var.(Ona cin toxunmuşdur). Hələ bir müddət gözləyin!” (Ya sağalıbxəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölübgedər, canımız qurtarar).

26.

(Nuh onların bu sözlərindən və imangətirməyəcəklərindən mə’yus olub) belə dedi: “Ey Rəbbim! Onlarınməni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”

27.

Biz (Nuha) belə vəhy etdik: “Gözlərimizönündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənəöyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etməkbarəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və yayer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zamanhər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçininəleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisnaolmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyəmindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə(onların bağışlanmasını Məndən iltimas etmə). Çünki onlar suyaqərq olacaqlar.

28.

Sən yanında olanlarla birlikdə gəmiyə minənkimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!”- de.

29.

Həmçinin (gəmidən enəndə) belə de: “EyRəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sənsığınacaq verənlərin ən yaxşısısan!”

30.

Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlərvardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi)imtahana çəkirik!

31.

Onlardan sonra başqa bir nəsil (Ad tayfasını)yaratdıq.

32.

Onlara özlərindən bir peyğəmbər (Hudu)göndərdik. (O, tayfasına dedi: ) “Allaha ibadət edin. Sizinondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər(Allahın əzabından) qorxmursunuz?”

33.

Tayfasının kafir olan, axirətəqovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahınhüzurunda duracaqlarını) yalan hesab edən və dünyada ne’mətverdiyimiz ə’yan – əşrafı (tabeçiliyində olanlara) dedi: “Busizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir,içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)

34.

Əgər siz özünüz kimi adi bir insana itaətetsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. (Adi bir bəşərəaldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz).

35.

O sizə ölüb torpaq və sür-sümük olduqdansonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı və’d edir?

36.

Və’d olunduğunuz şey çox uzaqdır, çox uzaq!(Bu, qeyri-mümkündür!)

37.

Bizim həyatımız yalnız bu dünyadadır.(Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir,birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha)dirildiləcək deyilik!

38.

Bu, sadəcə olaraq, Allaha iftira yaxan biradamdır. Biz ona iman gətirən deyilik!”

39.

(O peyğəmbər) belə dedi: “Ey Rəbbim! Onlarməni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”

40.

(Allah) buyurdu: “Bir azdan peşmanolacaqlar!”

41.

(Bir az sonra) həqiqətən, qorxunc(tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki)saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahınrəhmətindən uzaq) olsun!

42.

Onlardan sonra başqa-başqa nəsillər (Saleh,Lut və Şüeyb tayfalarını) yaratdıq.

43.

Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nəqabaqlayar, nə də yubada bilər!

44.

Sonra bir-birinin ardınca (ümmətlərə)peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onuyalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib(izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfaməhv (Allahın rəhmətindən uzaq) olsun!

45.

Sonra Musanı və qardaşı Harunu ayələrimizləvə (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlilləgöndərdik,

46.

Fir’onun və onun ə’yan-əşrafının yanına.Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özləriniyuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakimolduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davametdilər).

47.

(Fir’on və ə’yan-əşrafı) dedilər: “Bunlarıntayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimiiki adi insana imanmı gətirəcəyik?”

48.

Beləliklə, onları yalançı saydılar vənəticədə məhvə düçar edilənlərdən oldular.

49.

Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdikki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər!

50.

Məryəm oğlunu (İsanı) və (bakirə) anasını(qüdrətimizdən yaranmış) bir mö’cüzə etdik. Onları abad (rahat)və axar sulu uca bir yerdə yerləşdirdik.

51.

(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərəgöndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) “Ey peyğəmbərlər!Təmiz (halal) ne’mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib vəkönüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinəyetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!

52.

Bu (tövhid dini islam) tək bir din olaraqsizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan)qorxun!”

53.

Amma (ümmətlər) öz dinini aralarındaparçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar).Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləribatil hesab edib bundan məmnun olur).

54.

(Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləriçatana qədər) öz şaşqınlıqları içində burax!

55.

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara(dünyada) verdiyimiz var-dövlət və övladla

56.

Biz onların yaxşılıqlarına tələsirik? Xeyr,anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədricləonları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarınınüstünü alacağımızı düşünmürlər!)

57.

Həqiqətən, Rəbbinin qorxusundan tir-tirəsənlər;

58.

Rəbbinin ayələrinə inanlar;

59.

Rəbbinə şərik qoşmayanlar;

60.

Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarındanqorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər –

61.

Məhz onlar yaxşı işlər görməyə tələsər(bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndəgedərlər.

62.

Biz heç kəsi gücü çatmayan işi görməyə vadaretmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik.Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə,zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdəhaqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülmolunmaz.

63.

Lakin (kafirlərin) qəlbləri bundan(Qur’andan) xəbərsizdir (bu barədə cəhalət içindədir) . Onlarınbundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, eləonları edib durarlar (küfr edib günaha batarlar).

64.

Nəhayət, onların naz-ne’mət içində yaşayanbaşçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryadedib imdad diləyərlər.

65.

(Onlara belə deyirlər: )”Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir köməkyetişməz!”

66.

Ayələrimiz sizə oxunduğu zaman arxaçevirirdiniz (onları yalan hesab edib inanmırdınız).

67.

(Kə’bə əhlisiniz, sizə heç bir şey olmaz,deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq(Qur’an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz(yaxud onlardan üz döndərirdiniz).

68.

Məgər (müşriklər) kəlam (Allah kəlamı -Qur’an) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulubabalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (OnlarQur’anın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulubabalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi?Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)

69.

Yoxsa öz Peyğəmbərini tanımadılar və bunagörə onu inkar edirlər?

70.

Yaxud: “Onda divanəlik var?” – dedilər. Xeyr,Peyğəmbər onlara haqqla (Qur’anla) gəldi. Lakin onlarınəksəriyyəti haqqı xoşlamır.

71.

Əgər haqq (Qur’an) onların nəfslərininistəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimihərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütünməxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamıpozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (vəPeyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur’anı)gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (vəşərəflərindən) üz döndərirlər.

72.

Yoxsa (Ya Rəsulum!) sən onlardan (özpeyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət)istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdəverəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ənyaxşısıdır!

73.

Əslində sən onları doğru yola (islam dininə)də’vət edirsən!

74.

Axirətə inanmayanlar isə doğru yoldansapanlardır!

75.

Əgər Biz onlara rəhm edib düşdüklərimüsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə dəazğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq,qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bubəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər.Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatıngüzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərəiman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyətidaha da gücləndirmişdilər).

76.

Biz həqiqətən, onları əzabla yaxaladıq, lakinonlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona)yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).

77.

Nəhayət, onların üzünə bir əzab qapısıaçdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zamandərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub,mat-məəttəl qaldılar).

78.

Sizə qulaq, göz və ürək verən Odur. Siz(Allahın ne’mətlərinə) çox az şükür edirsiniz.

79.

Sizləri yer üzündə yaradıb törədən (yer üzünəyayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəmediləcəksiniz.

80.

Dirildən də, öldürən də Odur. Gecə və gündüzübir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər(Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiqolduğunu) dərk etmirsiniz?

81.

Xeyr, onlar da əvvəlkilərin (keçmişümmətlərin) dedikləri kimi dedilər.

82.

(Keçmiş ümmətlər) belə demişdilər: “Məgər bizölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”

83.

Həqiqətən, bizə də, atalarımıza da öncə bu(dirilmə) və’d olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin)əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir.

84.

(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgərbilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar(bütün məxluqat) kimindir?”

85.

Onlar mütləq: “Allahındlr!” – deyə cavabverəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadirolan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini)düşünmürsünüz?”

86.

De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük)əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?”

87.

(Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” -deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahınəzabından) qorxmursunuz?”

88.

De: “Əgər bilirsinizsə, (bir deyin görək) hərşeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özününhimayəyə ehtiyacı olmayan kimdir?”

89.

Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız)Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə(Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinəinanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb)döndərilirsiniz?

90.

Xeyr, Biz onları haqqı (haqq yol olan islamdinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!

91.

Allah (Özünə) heç bir övlad götürməmişdir.(Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə,onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır).Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər beləolsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər,(öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakıpadşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allahmüşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!

92.

O, qeybi də, aşkarı da bilir. Allah(müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!

93.

(Ya Rəsulum!) De: “Ey Rəbbim! Əgər (müşriklərə) və’d etdiyinəzabı mənə göstərəcəksənsə,

94.

Onda məni zalım tayfanın içində qoyma, eyRəbbim!” (“Məni də onlarla birlikdə həlak etmə. Məni razıqaldığın kəslərlə bir yerdə et!”)

95.

(Ya Rəsulum!) Biz onlara və’d etdiyimizi(əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!

96.

Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislətsahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz(müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqındadedikləri nalayiq sözləri) daha yaxşı bilirik!

97.

Və de: “Ey Rəbbim! Mən şeytanlarınvəsvəsələrindən Sənə sığınıram!

98.

Onların yanımda olmalarından (işlərimə xələlqatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!”

99.

Nəhayət, (müşriklərdən) birinin ölümü gəlibçatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya)qaytar!

100.

Bəlkə, (indiyə qədər) zay etdiyim ömrümmüqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərketdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyiboş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesabüçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədərmaneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi)vardır.

101.

Sur çalınacağı gün artıq aralarında nəqohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşubhal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz,qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).

102.

Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşıəməlləri çox olanlar) nicat taparlar.

103.

Tərəziləri yüngül gələnlər (dünyada çoxlugünah qazananlar) isə özlərinə ziyan edənlərdir. OnlarCəhənnəmdə əbədi qalarlar.

104.

Cəhənnəm odu onların üzünü yandırar. Onlarorada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isəgöbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar.

105.

(Onlara deyilər: ) “Məgər Mənim ayələrimsizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!”

106.

Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz(bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bircamaat olduq!

107.

Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundançıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq,şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq”.

108.

(Allah) buyurar: “Orada zəlil (mə’yus)vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəmodundan xilas edilməyinizi Məndən diləməyin!)”

109.

Çünki bəndələrimdən bir zümrə (mö’minlər) varidi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıqbizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” -deyirdilər.

110.

Siz isə onları məsxərəyə qoyurdunuz. (Buməsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağıbelə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.

111.

Həqiqətən, Mən səbr etdiklərinə görə onlarımükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!”

112.

(Allah qiyamət günü kafirlərə) beləbuyuracaqdır: “Yer üzündə neçə il qaldınız?”

113.

Onlar: “Bir gün, bir gündən də az, hər halda,sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” -deyə cavab verəcəklər.

114.

Allah buyuracaq: “Əgər (həqiqəti)bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirəthəyatı ilə müqayisədə olduqca qısadır).

115.

Yoxsa sizi əbəs yerə yaratdığımızı və(qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuzaqaytarılmayacağınızı güman edirdiniz?”

116.

Həqiqi hökmdar olan Allah (hər şeydən)ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca,qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti,peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir).

117.

Kim Allahla yanaşı başqa bir tanrıya ibadətedərsə – bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamətgünü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlərnicat tapmazlar!

118.

(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışlavə rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbulbuyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ənyaxşısısan!