114. ən-Nas

1.

(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;

2.

İnsanların ixtiyar sahibinə;

3.

İnsanların tanrısına;

4.

Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən –

5.

O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

6.

(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya:(o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”