112. əl-İxlas

1.

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de:”(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

2.

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)

3.

O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)

4.

Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”