109. əl-Kafirun

1.

(Ya Peyğəmbər! Sənə – bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de:”Ey kafirlər!

2.

Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

3.

Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

4.

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

5.

Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

6.

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizindininiz sizə, mənim dinim də mənə)!”