1. |
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! |
2. |
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! |
3. |
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. |
4. |
(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. |
5. |
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi! |