104. əl-Huməzə

1.

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!

2.

O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).

3.

Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

4.

Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!

5.

Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!

6.

O, Allahın yanar odudur.

7.

Elə bir od ki, ürəkləri yandırıb-yaxar.

8.

O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.

9.

Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!