1. |
Ürəkləri dəhşətə salan qiyamət! |
2. |
Nədir qiyamət?! |
3. |
Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! |
4. |
O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq); |
5. |
Dağlar isə didilmiş yun kimi olacaqdır! |
6. |
(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə, |
7. |
(Cənnətdə) xoş güzəran içində olacaq! |
8. |
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə, |
9. |
Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! |
10. |
Sən nə bilirsən ki, o (Haviyə) nədir?! |
11. |
O çox qızmar bir atəşdir! |