1. |
Mərhəmətli, Rəhmli Allahın adı ilə! |
2. |
Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə, |
3. |
(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana, |
4. |
Haqq-hesab (qiyamət) gününün sahibinə! |
5. |
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! |
6. |
Bizi doğru (düz) yola yönəlt! |
7. |
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! |