1. |
(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! |
2. |
O, insanı laxtalanmış qandan yaratdı. |
3. |
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! |
4. |
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. |
5. |
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. |
6. |
Xeyr, insan azğınlıq edər, |
7. |
Özünün dövlətli olduğunu gördüyü üçün! |
8. |
Axı sənin axır dönüşün Rəbbinədir! |
9. |
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur |
10. |
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt? |
11. |
Bir de görək, əgər o doğru yoldadırsa, |
12. |
Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! |
13. |
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə, |
14. |
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! |
15. |
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik – |
16. |
Özü də yalançı, günahkar kəkilindən! |
17. |
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! |
18. |
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! |
19. |
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! |